Noutbuk Lenovo ThinkPad T16 Gen 4 (21QE0063FW)
- Prosessor:
- Intel Core Ultra 5 225U - 12 nüvə / 4.80 GHz
- NPU:
- Intel® AI Boost NPU
- Operativ yaddaş:
- 16GB DDR5 5600MHZ
- Yaddaş:
- 512GB
Kompüter açılmır, printer çap etmir, e-poçt işləmir: belə xırda problemlər hər gün işçilərin vaxtını alır. Help desk xidmətimizdə hər müraciət qeydə alınır, ona prioritet verilir və mütəxəssis onu uzaqdan və ya ofisdə həll edir.
Sadə problemlərin əksəriyyəti mühəndisin gəlişini gözləmədən uzaqdan həll olunur.
Hər tiketin statusunu, icraçısını və həll vaxtını görə bilirsiniz.
Kritik və adi müraciətlər üçün reaksiya müddəti müqavilədə ayrıca yazılır.
Bu xidmət üçün lazım olan avadanlığı özümüz təchiz edirik. Siz kataloqdan seçin, çatdırılmanı, quraşdırmanı və zəmanət xidmətini biz təmin edək.
Ehtiyacınızı dinləyir, lazım olsa ofisinizə gəlib mövcud vəziyyətə baxırıq.
Riskləri və imkanları göstərən qısa hesabat, işin həcmi və qiyməti ilə təklif hazırlayırıq.
Avadanlığı və lisenziyaları təmin edir, razılaşdırılmış plan üzrə quraşdırırıq.
Sistemi sənədlərlə təhvil verir, əməkdaşlarınıza istifadəni öyrədirik.
Müqavilə ilə monitorinq, texniki xidmət və istifadəçi dəstəyini davam etdiririk.
Telefonla, e-poçtla və ya veb portal vasitəsilə. Hər müraciətə nömrə verilir və onun statusu barədə sizə məlumat göndərilir.
Bu, seçdiyiniz paketdən asılıdır. Bəzi paketlərə müəyyən sayda gəliş daxildir, digərlərində gəliş ayrıca hesablanır.
Bəli, iş saatlarından kənar və həftəsonu dəstək müqavilədə ayrıca razılaşdırılır.
Formanı doldurun, menecerimiz iş günü ərzində sizinlə əlaqə saxlasın.