Konsaltinq və audit

IT auditi

Şirkətdə neçə kompüter olduğunu, hansı lisenziyaların alındığını və kimin hara giriş hüququ olduğunu çox vaxt heç kim dəqiq bilmir. Audit zamanı bütün IT mühitinizi yoxlayır, zəif yerləri tapır və nəyin hansı ardıcıllıqla düzəldilməli olduğunu göstəririk.

Pulsuz konsultasiya alın

Nömrənizi yazın, mühəndisimiz iş günü ərzində zəng etsin.

Məlumatlarınız yalnız sizinlə əlaqə üçün istifadə olunur.

Xidmətə nələr daxildir

  • Kompüter, server, şəbəkə avadanlığı və lisenziyaların inventarı
  • Şəbəkə sxeminin və konfiqurasiyaların yoxlanılması
  • Giriş hüquqlarının, parol və təhlükəsizlik siyasətinin qiymətləndirilməsi
  • Ehtiyat nüsxə və bərpa prosesinin yoxlanılması
  • ISO 27001 və ITIL tövsiyələrinə əsaslanan risk təhlili
  • Yazılı hesabat və prioritetlərə görə inkişaf planı (roadmap)

Sizin üçün faydası

Real mənzərə

IT mühitinizdə nə olduğunu, nəyin işlədiyini və nəyin köhnəldiyini dəqiq bilirsiniz.

Risklər əvvəlcədən üzə çıxır

Məlumat itkisi və işin dayanması riskləri hadisə baş verməmiş müəyyən edilir.

Büdcə üçün əsas

Plan sayəsində IT xərclərini təxminə görə yox, real prioritetlərə görə bölürsünüz.

Quraşdırma ilə

Satırıq və quraşdırırıq

NAS server QNAP TS-832PXU-RP-4G
−11%
QNAP

NAS server QNAP TS-832PXU-RP-4G

Maksimal operativ yaddaş:
4 GB
İnterfeys:
PCI Express
Portlar:
2 x SFP+ ports
Qoşulma:
SFP+
673,20 ₼753,98 ₼
NAS server QNAP TS-h1677AXU-RP-R7-32G
−11%
QNAP

NAS server QNAP TS-h1677AXU-RP-R7-32G

Prosessor:
7745
Prosessor ailəsi:
AMD Ryzen™ 7
Prosessor nəsli:
AMD Ryzen PRO 7000 Series
Maksimal tezlik:
5.3 GHz
12 852,00 ₼14 394,24 ₼

Bu xidmət üçün lazım olan avadanlığı özümüz təchiz edirik. Siz kataloqdan seçin, çatdırılmanı, quraşdırmanı və zəmanət xidmətini biz təmin edək.

Necə işləyirik

  1. 1

    Müraciət və tanışlıq

    Ehtiyacınızı dinləyir, lazım olsa ofisinizə gəlib mövcud vəziyyətə baxırıq.

  2. 2

    Audit və təklif

    Riskləri və imkanları göstərən qısa hesabat, işin həcmi və qiyməti ilə təklif hazırlayırıq.

  3. 3

    Təchizat və quraşdırma

    Avadanlığı və lisenziyaları təmin edir, razılaşdırılmış plan üzrə quraşdırırıq.

  4. 4

    Təhvil və təlim

    Sistemi sənədlərlə təhvil verir, əməkdaşlarınıza istifadəni öyrədirik.

  5. 5

    Dəstək

    Müqavilə ilə monitorinq, texniki xidmət və istifadəçi dəstəyini davam etdiririk.

Suallar və cavablar

Audit nə qədər vaxt aparır?

Müddət iş yerlərinin və filialların sayından asılıdır. Kiçik ofisdə bir neçə gün, böyük şirkətdə bir neçə həftə çəkə bilər.

Audit zamanı işimiz dayanacaq?

Xeyr. Yoxlamaların çoxu iş prosesinə toxunmadan aparılır, müdaxilə tələb edən addımlar isə sizinlə əvvəlcədən razılaşdırılır.

Audit nəticəsində ISO 27001 sertifikatı alırıq?

Xeyr, audit sertifikasiya deyil. ISO 27001 və ITIL-dən istinad çərçivəsi kimi istifadə edirik, hesabat isə gələcək sertifikasiyaya hazırlıqda faydalı ola bilər.

IT auditi: təklif alın

Formanı doldurun, menecerimiz iş günü ərzində sizinlə əlaqə saxlasın.

Bu istiqamətdə digər xidmətlər

Bütün xidmətlər