Bulud və Microsoft 365

Microsoft 365 və korporativ e-poçt

Domeninizdə korporativ e-poçt, sənədlər üzərində birgə iş və onlayn görüşlər bir platformada. Biz Microsoft 365-i düzgün lisenziyalarla qurur, köhnə poçtu itkisiz köçürür və hesabları təhlükəsizlik baxımından sazlayırıq.

Pulsuz konsultasiya alın

Nömrənizi yazın, mühəndisimiz iş günü ərzində zəng etsin.

Məlumatlarınız yalnız sizinlə əlaqə üçün istifadə olunur.

Xidmətə nələr daxildir

  • Ehtiyaca uyğun Microsoft 365 lisenziyasının seçilməsi və təchizatı
  • Domenin qoşulması və DNS qeydləri: MX, SPF, DKIM, DMARC
  • Köhnə serverdən və ya hostinqdən poçt qutularının köçürülməsi
  • Teams, SharePoint və OneDrive-ın sazlanması
  • İki faktorlu autentifikasiya və təhlükəsizlik siyasətləri
  • İstifadəçilərin qoşulması və qısa təlim

Sizin üçün faydası

Məktublar spama düşmür

Düzgün SPF, DKIM və DMARC sayəsində məktublarınız alıcıya çatır, domeniniz isə saxtalaşdırılmadan qorunur.

Hər yerdən iş

Poçt, fayllar və görüşlər kompüterdə, telefonda və brauzerdə eyni şəkildə əlçatandır.

Lisenziyaya artıq ödəniş yoxdur

Hər istifadəçiyə ehtiyacına uyğun plan seçir, istifadə olunmayan lisenziyaları müəyyən edirik.

Necə işləyirik

  1. 1

    Müraciət və tanışlıq

    Ehtiyacınızı dinləyir, lazım olsa ofisinizə gəlib mövcud vəziyyətə baxırıq.

  2. 2

    Audit və təklif

    Riskləri və imkanları göstərən qısa hesabat, işin həcmi və qiyməti ilə təklif hazırlayırıq.

  3. 3

    Təchizat və quraşdırma

    Avadanlığı və lisenziyaları təmin edir, razılaşdırılmış plan üzrə quraşdırırıq.

  4. 4

    Təhvil və təlim

    Sistemi sənədlərlə təhvil verir, əməkdaşlarınıza istifadəni öyrədirik.

  5. 5

    Dəstək

    Müqavilə ilə monitorinq, texniki xidmət və istifadəçi dəstəyini davam etdiririk.

Suallar və cavablar

Köçürmə zamanı köhnə məktublar itəcəkmi?

Xeyr, məktublar, qovluqlar, kontaktlar və təqvim köçürülür. MX qeydi dəyişdirilənə qədər köhnə və yeni poçt paralel işləyir, ona görə məktublar itmir.

Hansı Microsoft 365 planı bizə uyğundur?

Yalnız poçt lazımdırsa, Exchange Online kifayətdir. Office proqramları, Teams və əlavə təhlükəsizlik funksiyaları üçün Business Standard və ya Business Premium planlarını təklif edirik.

Microsoft 365-i sonradan idarə edirsinizmi?

Bəli, yeni istifadəçilərin əlavə olunmasını, parolların bərpasını, lisenziyaların idarəsini və təhlükəsizlik nəzarətini aylıq xidmət kimi üzərimizə götürə bilərik.

Microsoft 365 və korporativ e-poçt: təklif alın

Formanı doldurun, menecerimiz iş günü ərzində sizinlə əlaqə saxlasın.

Bu istiqamətdə digər xidmətlər

Bütün xidmətlər