Protechunity IT xidmətləri

Şirkətinizin IT işlərini bir komandaya həvalə edin

Avadanlığı seçir, çatdırır, quraşdırır və sonra da qulluq edirik. Şəbəkə, server, təhlükəsizlik və istifadəçi dəstəyi bir müqavilədə, təcrübəli mühəndis komandamızla.

  • Avadanlıq və xidmət bir yerdə
  • Cavab müddəti müqavilədə yazılır
  • Uzaqdan və ofisdə dəstək

Pulsuz konsultasiya alın

Nömrənizi yazın, mühəndisimiz iş günü ərzində zəng etsin.

Məlumatlarınız yalnız sizinlə əlaqə üçün istifadə olunur.

Xidmət istiqamətləri

Ehtiyacınıza uyğun xidməti seçin və ya bizə yazın, birlikdə müəyyənləşdirək.

Quraşdırma ilə

Satdığımız və quraşdırdığımız avadanlıq

NAS server QNAP TS-832PXU-RP-4G
−11%
QNAP

NAS server QNAP TS-832PXU-RP-4G

Maksimal operativ yaddaş:
4 GB
İnterfeys:
PCI Express
Portlar:
2 x SFP+ ports
Qoşulma:
SFP+
673,20 ₼753,98 ₼
NAS server QNAP TS-864eU-RP-8G
−11%
QNAP

NAS server QNAP TS-864eU-RP-8G

Prosessor:
N5095
Prosessor ailəsi:
Intel® Celeron®
Maksimal tezlik:
2.9 GHz
Nüvə sayı:
4
3 855,60 ₼4 318,27 ₼

Server, şəbəkə və təhlükəsizlik avadanlığını kataloqumuzdan təchiz edir, quraşdırır və sonra da xidmətini göstəririk. Avadanlıq və xidmət bir müqavilədə.

Niyə Protechunity

Avadanlıq və xidmət bir şirkətdə

Kataloqumuzdakı avadanlığı özümüz təchiz edir, quraşdırır və zəmanət müddətində qulluq edirik. Təchizatçı ilə servis şirkəti arasında qalmırsınız.

Mühəndis komandası və şəxsi menecer

Layihənizi müxtəlif sahələr üzrə mühəndislərdən ibarət komanda aparır, şəxsi meneceriniz isə hər məsələni izləyir. Kimə müraciət edəcəyinizi axtarmırsınız.

Şəffaf şərtlər

İşin həcmi, müddəti və cavab vaxtı yazılı razılaşdırılır. Aylıq hesabatda nə edildiyini görürsünüz.

Böyük və kiçik layihə

5 iş yerli ofisdən çox filiallı şirkətə qədər həlli miqyasa uyğun qururuq.

Necə işləyirik

  1. 1

    Müraciət və tanışlıq

    Ehtiyacınızı dinləyir, lazım olsa ofisinizə gəlib mövcud vəziyyətə baxırıq.

  2. 2

    Audit və təklif

    Riskləri və imkanları göstərən qısa hesabat, işin həcmi və qiyməti ilə təklif hazırlayırıq.

  3. 3

    Təchizat və quraşdırma

    Avadanlığı və lisenziyaları təmin edir, razılaşdırılmış plan üzrə quraşdırırıq.

  4. 4

    Təhvil və təlim

    Sistemi sənədlərlə təhvil verir, əməkdaşlarınıza istifadəni öyrədirik.

  5. 5

    Dəstək

    Müqavilə ilə monitorinq, texniki xidmət və istifadəçi dəstəyini davam etdiririk.

IT dəstək paketləri

Qiymət iş yerlərinin və serverlərin sayına görə hesablanır. Dəqiq təklif üçün qısa audit edirik.

Baza

Kiçik ofislər üçün

  • Uzaqdan istifadəçi dəstəyi
  • Antivirus və yeniləmələrin nəzarəti
  • Ehtiyat nüsxənin yoxlanılması
  • İş günlərində cavab

Qiymət: təklifə görə

Təklif alın

Biznes

Ən çox seçilən

Server və şəbəkəsi olan ofislər

  • Baza paketindəki hər şey
  • Server və şəbəkənin idarə olunması
  • Planlı ofis ziyarətləri
  • Monitorinq və aylıq hesabat

Qiymət: təklifə görə

Təklif alın

Korporativ

Çox filiallı şirkətlər

  • Biznes paketindəki hər şey
  • Kritik müraciətlərə prioritet cavab
  • Ayrılmış mühəndis
  • Təhlükəsizlik və inkişaf planı

Qiymət: təklifə görə

Təklif alın

Tez-tez verilən suallar

Konsultasiya və ilkin baxış pulludur?

Xeyr. İlk görüş və mövcud vəziyyətə qısa baxış pulsuzdur. Ətraflı audit lazım olsa, həcmi əvvəlcədən razılaşdırılır.

Yalnız Bakıda işləyirsiniz?

Əsas komandamız Bakıdadır. Regionlardakı filiallara uzaqdan dəstək veririk, lazım olanda mühəndis göndəririk.

Avadanlığı sizdən almasaq da xidmət göstərirsiniz?

Bəli. Mövcud avadanlığınızla işləyirik. Yeni alış lazım olsa, kataloqumuzdan və ya istədiyiniz brenddən təklif hazırlayırıq.

Bir dəfəlik iş üçün də müraciət etmək olar?

Bəli. Şəbəkə qurulması, server quraşdırılması və ya kamera sistemi kimi layihələri ayrıca müqavilə ilə görürük.

Layihənizi müzakirə edək

Formanı doldurun, menecerimiz iş günü ərzində sizinlə əlaqə saxlasın.