Proqram lisenziyaları
Lisenziyasız proqram yoxlama zamanı cərimə riski, saxta açar isə təhlükəsizlik problemi deməkdir. Şirkətinizdə hansı proqramların istifadə olunduğunu müəyyən edir, ehtiyaca uyğun lisenziya növünü seçir və yenilənmə müddətlərini izləyirik.
Xidmətə nələr daxildir
- Microsoft Windows, Office, Microsoft 365 və server lisenziyaları
- Korporativ antivirus və təhlükəsizlik proqramları
- Adobe, Autodesk və digər peşəkar proqramlar
- VMware və virtuallaşdırma platformalarının lisenziyaları
- Lisenziya auditi: istifadə olunan və alınmış lisenziyaların müqayisəsi
- Abunə və yenilənmə müddətlərinə nəzarət, vaxtında xatırlatma
Sizin üçün faydası
Hüquqi risk yoxdur
Bütün proqramlar rəsmi lisenziya ilə istifadə olunur, sənədlər qaydasındadır.
Artıq ödəniş olmur
Audit istifadə olunmayan lisenziyaları üzə çıxarır, ehtiyacdan artıq alınmır.
Müddət keçmir
Yenilənmə tarixlərini izləyirik, proqram gözlənilmədən dayanmır.
Necə işləyirik
- 1
Müraciət və tanışlıq
Ehtiyacınızı dinləyir, lazım olsa ofisinizə gəlib mövcud vəziyyətə baxırıq.
- 2
Audit və təklif
Riskləri və imkanları göstərən qısa hesabat, işin həcmi və qiyməti ilə təklif hazırlayırıq.
- 3
Təchizat və quraşdırma
Avadanlığı və lisenziyaları təmin edir, razılaşdırılmış plan üzrə quraşdırırıq.
- 4
Təhvil və təlim
Sistemi sənədlərlə təhvil verir, əməkdaşlarınıza istifadəni öyrədirik.
- 5
Dəstək
Müqavilə ilə monitorinq, texniki xidmət və istifadəçi dəstəyini davam etdiririk.
Suallar və cavablar
Abunə, yoxsa daimi lisenziya sərfəlidir?
Bu, proqramdan və istifadə müddətindən asılıdır. Bəzi istehsalçılar yalnız abunə təklif edir, digərlərində isə hər iki variantı müqayisə edib seçim edirik.
Lisenziya auditi nə göstərir?
Hansı kompüterdə hansı proqramın quraşdırıldığını və bunun alınmış lisenziyalarla uyğun gəlib-gəlmədiyini göstərir. Nəticədə çatışmayan və artıq lisenziyaların siyahısını alırsınız.
Lisenziyaları quraşdırmaqda da kömək edirsiniz?
Bəli, lisenziyaları aktivləşdirir, Microsoft 365 hesablarını yaradır və proqramları istifadəçi kompüterlərinə quraşdırırıq.
Proqram lisenziyaları: təklif alın
Formanı doldurun, menecerimiz iş günü ərzində sizinlə əlaqə saxlasın.
