Gaming Qulaqlıq

Gaming Qulaqlıq Qiymetleri və Satışı Bakıda Protechunity İnternet Mağazasında!

Gaming qulaqlıqlar oyun oynarkən yüksək səs keyfiyyəti əldə etmək istəyən oyunçular üçün nəzərdə tutulan oyun nauşnikləridir. Adi qulaqlıqlardan fərqli olaraq gaming qulaqlıq modelləri oyundan gələn yaxın və ya uzaq səsləri daha dəqiq eşitməyinizə kömək edir. Bəzi gaming qulaqlıqlar isə 360 dərəcə surround səs sistemi ilə sizə sanki oyunun içində olduğunuzu hiss etdirir.

Bakıda gaming qulaqlıq satışı üzrə etibarlı mağaza olan Protechunity saytımızda siz Razer və Hyperx kimi böyük dünya brendlərinin gaming qulaqlıq modellərini rahatlıqla əldə edə bilərsiniz.

Niyə Gaming Qulaqlıq Almalısınız?

Adi qulaqlıqlar ilə gaming qulaqlıqlar arasında çox böyük fərqlər var.

  • ✅ Adi qulaqlıqlardan fərqli olaraq gaming qulaqlıqlar oyundakı yaxın və uzaq səsləri eşitməyinizə imkan yaradır.
  • ✅ Gaming qulaqlıqlarda mövcud olan mikrofon texnologiyası, adi qulaqlıqlardakı mikrofonlara nisbətən daha keyfiyyətlidir.
  • ✅ Adi qulaqlıqlarda çox kiçik səs gecikmələri mövcuddur lakin oyun qulaqlıqlarında gecikmə olmur.

Spesifik olaraq gamerlər üçün nəzərdə tutulan gaming qulaqlıqlar dizayn və funksionallıq baxımından adi qulaqlıqardan daha yaxşıdır.

Ən Yaxşı Gaming Qulaqlıq Brendləri

Gaming qulaqlıq brendləri müxtəlifdir. Azərbaycan bazarında önə çıxan gaming qulaqlıq brendləri isə aşağıdakılardır:

  • HyperX: HyperX gaming qulaqlıqlar bazarda ən çox axtarılan və ən çox bəyənilən gaming qulaqlıq modellərini təqdim edir. Xüsusilə HyperX Cloud seriyası, indiki gündə dünyada ən çox bəyənilən gaming qulaqlıq modelləri arasındadır.
  • Razer: Razer gaming qulaqlıqlar gaming dünyasında ən bəyənilən gaming qulaqlıq modellərini istehsal edir. Xüsusilə Kraken və Blackshark seriyaları, gaming qulaqlıqlarla maraqlananlar tərəfindən çox bəyənilir.
  • SteelSeries: Dünyada ən çox bəyənilən gaming qulaqlıq brendlərindən biri də, SteelSeries markasıdır. SteelSeries Arctis seriyası, gaming qulaqlıq dünyasının populyar modellərindən biridir.
  • Havit: Xüsusilə ucuz gaming qulaqlıqlar axtaranlar üçün sərfəli və keyfiyyətli gaming qulaqlıqlar təqdim edən Havit markası, 7.1 surround səs siteminə sahib modelləri ilə tanınır.
  • JBL: Qulaqlıq dünyasında uzun illərdir tanınan JBL markası, həm də gaming qulaqlıqlar istehsal edir.

Oyun Üçün Qulaqlıqlar Qiymətləri

Oyun üçün qulaqlıqlar müxtəlif qiymətlərdədir. Adi qulaqlıqlardan fərqli olaraq, gaming qulaqlıq qiymetleri daha yüksəkdir. Protechunity veb saytımızda 50 manatdan 1000 manata qədər dəyişən qiymətlərlə gaming qulaqlıqları sizlərə təklif ediirk. Saytımızdakı hər bir gaming qulaqlıq məhsulu tam original və zəmanətlə sizlərə şəhərdaxili ödənişsiz çatdırılır.