Aspirator

Aspiratorlar Bakıda Münasib Qiymətə Artıq Protechunity İnternet Mağazasında

Müasir mətbəxlərdə davamlı olaraq ətrafa yayılan buxar və qoxuların qarşısını almaq üçün aspiratorlar istifadə olunur. Protechunity olaraq biz sizlərə ucuz aspirator qiymetleri və modellərini təqdim edirik. Aspirator modellərini bazarda ən keyfiyyətli və ən münasib qiymətlərlə yalnız bizim saytımızdan əldə edə bilərsiniz. Azərbaycanda olduqca populyar olan divar aspiratorları, səssiz aspirator və mətbəx aspirator qiymetleri üçün saytımıza nəzər yetirməyə davam edin.

Mətbəxlərdə Aspiratorun Rolu

Aspiratorlar mətbəxlərdəki sobalardan, bişirmə paneli və digər cihazlardan yayılan xoşagəlməz qoxunu və buxarı aradan qaldırmaq üçün istifadə olunur. Xüsusilə keyfiyyətli mebellərin istifadə olunduğu mətbəxlərdə mebellərin qoxuya və buxara məruz qalaraq zərər görməsini əngəlləmək üçün aspirator qiymetleri və modelləri istifadəçilər tərəfindən çox axtarılır. Aspiratorlar isə növlərinə görə 5 hissəyə bölünür.

  • Teleskopik aspiratorlar - Ən populyar aspirator növüdür. Mətbəxlərdə çox istifadə olunan teleskopik aspiratorların panelləri hərəkətlidir. Yəni, siz ehtiyac duyduğunuz zaman teleskopik aspiratorun ön panelini özünüzə doğru çəkərək işlədə bilərsiniz.
  • Quraşdırılan Aspiratorlar - Şkafın daxilinə inteqrasiya olunan bu gizli aspirator modelləri, aspiratorun çox gözə görünməsini istəməyən istifadəçilər üçün idealdır.
  • Kupol aspiratorlar - Divara quraşdırılan bu günbəz tipli aspiratorlar güclü havaçəkmə qabiliyyətinə malikdir. Daha çox restoranlarda və ya otellərdə istifadə olunur.
  • Maili asporatorlar - Maili aspiratorlar dizayn olaraq daha dairəvidir. Toqquşmanın qarşısını almaq və xüsusi dizaynlı aspirator görmək istəyənlər tərəfindən üstünlük verilir.
  • T-dizayn aspiratorlar - T formalı aspiratorlar divar arasındakı yeməkbişirmə sahələrində istifadə olunur.

Aspiratorların formasından və növündən əlavə olaraq, onların xüsusiyyətləri də olduqca vacibdir. Doğru aspirator seçimində:

  • Aspiratorun sorma gücü
  • Filtr növü
  • Səs səviyyəsi
  • İdarəetməsi
  • İşıqlandırması
  • Ölçüsü

Mütləq diqqətə alınmalıdır. Aspirator qiymetleri qədər bu seçim meyarları da sizə mətbəxiniz üçün doğru aspiratoru seçməkdə kömək edəcək.

Aspirator Qiymetleri

Aspirator qiymetleri Bakıda müxtəlifdir. Əgər ucuz aspirator axtarırsınızsa, sizə saytımızda mövcud olan Hansa brendinə aid aspirator qiymətləri və modellərini tövsiyyə edə bilərik. Aspirator qiyməti cəhətdən ideal olan Hansa aspiratorlar, eyni zamanda yüksək keyfiyyəti, Avropa dizaynını və davamlılığı özündə birləşdirir. Bizim saytımızda siz səssiz aspirator, gizli aspirator, divar aspiratoru və ucuz aspiratorlara rast gələ bilərsiniz. Əgər axtardığınız aspirator qiymeti və modeli saytımızda tapa bilmirsinizsə, bizimlə (077) 255-00-04 nömrəmiz vasitəsilə əlaqə saxlayaraq məlumat ala bilərsiniz.